Modern.az

Seçki zamanı namizədə hücum edildi

Seçki zamanı namizədə hücum edildi

Dünya

8 İyun 2025, 08:43

2026-cı ilin mayında keçiriləcək seçkilərdə prezidentliyə mümkün namizəd hesab edilən kolumbiyalı senator Migel Uribe şənbə günü Boqotada seçki mitinqində çıxışı zamanı hücuma məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

 

Agentlik hadisə yerindən çəkilmiş fotoşəkillərə əsasən, Uribenin başından vurulduğunu qiymətləndirib.

 

Hücumçu senatorun mühafizəçisi tərəfindən yaralanıb və saxlanılıb. Onun hərəkətlərinin motivləri barədə hələ heç bir məlumat yoxdur. Saxlanma faktını sosial şəbəkələrdə Boqota meri Karlos Qalan təsdiqləyib.

 

Uribenin sağçı Demokratik Mərkəz partiyası bəyanat yayaraq hadisəni “qəbuledilməz zorakılıq aktı” adlandırıb.

 

Senatorun səhhəti ilə bağlı hələlik rəsmi məlumat yoxdur, lakin Kolumbiya mediası onun vəziyyətinin ağır olduğunu yazır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi