Modern.az

ABŞ hərbçisi Macarıstanda ÖLDÜ

ABŞ hərbçisi Macarıstanda ÖLDÜ

Dünya

8 İyun 2025, 12:53

İyunun 5-də Macarıstanda Kroft düşərgəsinin yaxınlığında “Saber Guardian” 25 təliminə hazırlıq zamanı ABŞ-nin 101-ci hava desant diviziyasının hərbçisi qəza nəticəsində ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə diviziya komandanlığı məlumat yayıb.

 

Mərhum 101-ci hava desant diviziyasının 2-ci mobil döyüş briqadasında atıcı kimi xidmət edən çavuş olub.

 

ABŞ ordusunun məlumatına görə, o, hərbi texnikanın iştirakı ilə baş verən qəza nəticəsində ölümcül xəsarət alıb. Əlavə təfərrüat verilməyib, hadisənin səbəbləri araşdırılır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?