Modern.az

Maskın atası Moskvanı dünyanın ən yaxşı paytaxtı adlandırdı

Maskın atası Moskvanı dünyanın ən yaxşı paytaxtı adlandırdı

Dünya

9 İyun 2025, 15:14

Mühəndis, iş adamı, İlon Maskın atası Errol Mask Moskvanın dünyanın ən yaxşı paytaxtı olduğunu deyib.

Modern.az xəbər verir ki, “Gələcək Forumu - 2050”də çıxışı zamanı deyib.

O, qeyd edib ki, onu Moskvaya getməyin təhlükəli olduğu bəhanəsi ilə səfərdən çəkindirmək istəyiblər:

"Təbii ki, bütün bunlar doğru deyil. Mən bura gəlmişəm. Qızım Aleksandranı özümlə gətirəcəkdim. Ancaq bura gələ bilmədi, amma mənimlə Dubaya getdi. Dubaydan Moskvaya uçmaq üzrəykən,Rusiyaya getməməsi barədə mesajlar almağa başlayıb. Sonra dünyanın başqa ölkələrindən yazmağa başladılar ki, mən Rusiyaya getməməliyəm. Mən niyə Rusiyaya getməyim? Nədən qorxmalıyam? Amma heç kim mənə birbaşa cavab vermədi. Mənə dedilər ki, Rusiyaya getsəm, həyatım təhlükə altında olacaq.

Beləliklə, mən bura gəldim. Və gördüyüm ilk şey hər mənada tamamilə gözəl bir sivilizasiya oldu. Mən əslində Qədim Roma ilə rəqabət apara biləcək bir şəhər gördüm. Bir çox cəhətdən bu şəhər dünyanın ən yaxşı paytaxtıdır", - Mask qeyd edib.

Mask həmçinin əlavə edib ki, Rusiya onun fikrincə ən yaxşı ölkələrdən biridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi