Rəsmi Tehran İsrailin İrana zərbələrinə görə ABŞ-ın məsuliyyət daşıdığını bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi öz Telegram kanalında bildirib.
"İsrailin İrana qarşı təcavüzü ABŞ-ın koordinasiyası və icazəsi olmadan həyata keçirilə bilməzdi. Bu baxımdan, ABŞ səlahiyyətliləri İsrailin bu avantürasının təhlükəli nəticələrinə görə də məsuliyyət daşıyır", - nazirliyin bəyanatında deyilir.
Bundan əvvəl İran rəsmiləri bildiriblər ki, İsrail iyunun 13-nə keçən gecə Tehranda yüksək rütbəli hərbçilərin və məmurların yerləşdiyi yaşayış məntəqələrinə zərbələr endirib. Zərbələr həmçinin ölkənin şimal-qərbində İran qoşunlarının yerləşdiyi Natanz nüvə obyektini də hədəf alıb.