Modern.az

İsrail İrana 200 qırıcı göndəribmiş - Yeni DETALLAR

İsrail İrana 200 qırıcı göndəribmiş - Yeni DETALLAR

13 İyun 2025, 09:50

İsrail İranda hərbi əməliyyat keçirib.

Modern.az-ın məlumatına görə, zərbələr Natanz, Xorramabad və Həmədan şəhərlərindəki obyektləri hədəf alıb.

İsrail ordusunun sözçüsü bildirib ki, İrana zərbələr endirmək üçün 200 təyyarə istifadə edilib, 330-dan çox sursat atılıb.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İrana qarşı əməliyyat “lazım olduğu qədər” davam edəcək.

Tehran və Təbriz şəhərində də partlayışlar qeydə alınıb.

Hücum zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, İran Silahlı Qüvvələri komandanının müavini general Qulaməli Rəşid və nüvə alimləri Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi öldürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq