Modern.az

İsrail İrana hücumları davam etdirəcək - “Jerusalem Post”

İsrail İrana hücumları davam etdirəcək - “Jerusalem Post”

Dünya

13 İyun 2025, 09:54

İsrailin İrana qarşı hava hücumları hələ bir neçə gün də davam edəcək.

Modern.az xəbər verir ki, bu barədə məlumatı İsrail müdafiə nazirliyindəki mənbə “Jerusalem Post”a təsdiqləyib.

Cümə günü səhər İranın hərbi və nüvə obyektlərinə zərbələrin ilk dalğasında onlarla İsrail təyyarəsi iştirak edib.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İranın nüvə silahı olmasa belə, Tehran milyonlarla israillini öldürə biləcək on minlərlə ballistik raket istehsal etməyə hazırlaşırdı.

Netanyahu həmçinin deyib ki, İran “nəinki kifayət qədər urana malik deyil, əslində nüvə silahı yarada bilsin” deyə bir neçə ay qalıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur