Modern.az

İsrail ordusu Təbrizdəki bazanı tamamilə DAĞIDIB

İsrail ordusu Təbrizdəki bazanı tamamilə DAĞIDIB

Dünya

14 İyun 2025, 09:25

İsrail Müdafiə Qüvvələri cümə günü İranın bir neçə hərbi obyektinə genişmiqyaslı hücum həyata keçirib.

Modern.az İsrailin rəsmi açıqlamasına istinadən xəbər verir ki, Təbrizdə yerləşən İran Hərbi Hava Qüvvələrinə məxsus baza tamamilə məhv edilib.

İsrail ordusunun yaydığı məlumata əsasən, hücum zamanı İran rejiminin hava hücumundan müdafiə sisteminə aid onlarla hədəf vurulub. Hədəflər arasında Həmədan hərbi hava bazası, pilotsuz uçuş aparatları (PUA), yer-yer tipli raket buraxılış qurğuları da olub.

İsrail ordusunun sözçüsü, briqada generalı Effi Defrin bildirib ki, İran cümə gecəsi İsrailə qarşı bir neçə mərhələdə raket zərbələri endirib. Hər mərhələdə 100-dən az raket buraxılıb və onların böyük əksəriyyəti hədəfə çatmayıb və ya İsrail Hərbi Hava Qüvvələri tərəfindən havada zərərsizləşdirilib.

Məlumata görə, bir neçə binada yüngül dağıntılar müşahidə olunub. İsrail tərəfi əməliyyatın uğurla başa çatdığını və İranın cavab zərbələrinin ciddi nəticə vermədiyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU