Modern.az

İsrail nazirindən sərt bəyanat: Tehran yandırılacaq!

İsrail nazirindən sərt bəyanat: Tehran yandırılacaq!

Dünya

14 İyun 2025, 14:41

İsrailin müdafiə naziri İsrael Katz sərt bəyanatla çıxış edib.

Modern.az-ın məlumatına görə, o, Tel-Əviv və Tehran arasında artmaqda olan gərginlik fonunda bildirib ki, əgər İran İsrail ərazisini raket atəşinə tutmağa davam edərsə, Tehran yandırılacaq.

İsrael Katz İranın ali lideri Ayətullah Əli Xamenei barədə danışaraq qeyd edib ki, o, İran vətəndaşlarını girova çevirir:

"Elə bir ssenari həyata keçirir ki, bunun nəticəsində xalq, xüsusilə də Tehran sakinləri, İsrail vətəndaşlarına qarşı törədilən ziyanın əvəzini baha şəkildə ödəməli olacaqlar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU