Modern.az

Müharibənin beşinci günü: İranın daha bir generalı ÖLDÜRÜLDÜ - FOTO

Müharibənin beşinci günü: İranın daha bir generalı ÖLDÜRÜLDÜ - FOTO

Dünya

17 İyun 2025, 10:42

İsrail və İran arasında toqquşmanın beşinci günüdür.

Modern.az-ın məlumatına görə, İsrail İranın daha bir generalını öldürdüyünü bəyan edib.

Məlumata görə, hücum nəticəsində İran Silahlı Qüvvələrinin “Hatam-al-Anbiya” mərkəzi qərargahının rəisi, SEPAH generalı Əli Şadmani öldürülüb. O, iyunun 13-də sözügedən posta təyin edilib.

Qeyd edək ki, müharibənin ilk günlərində İsrail İranın yüksək vəzifəli hərbçilərinə hücum edib, onlarla general həlak olub.

İsrailin hücum edəcəyi barədə ehtimallar hələ iyunun əvvəlindən yayılmağa başlayıb. Qərb mətbuatı ABŞ rəsmilərinə istinadən İsrailin tezliklə hücuma başlayacağını yazıb.

İranın ali rəhbərliyi İsrailin hücumunu istisna etməyib. Buna baxmayaraq İran rəsmiləri Qərb mətbutına deyib ki, heç kim əməliyyatın iyunun 15-nə planlaşdırılan ABŞ-İran danışıqlarının yeni raundu ərəfəsində başlayacağını gözləməyib.

Mənbələr deyir ki, gözlənilən danışıqlar İran hərbi rəhbərlərinin iyunun 13-nə keçən gecə sığınacaqlarda deyil, paytaxtdakı evlərində yatmağa qərar vermələrinə səbəb olub.

Ancaq bu, yeganə səhv hesablama deyil. İsrail əməliyyatının ilk saatlarda İran Hərbi Hava Qüvvələrinin komandirləri cavab tədbirləri planlaşdırmaq üçün yeraltı bunkerdə toplaşıblar. Lakin İsrail kəşfiyyatı görüş yerini müəyyən edib və Hərbi Hava Qüvvələri oraya zərbələr endirib, bunkerdə olanların hamısı öldürülüb.

Hədəflərin dəqiqləşdirilməsi üçün MOSSAD komandoları İran daxilinə dronlar, partlayıcı yüklər və hətta “booby-trap” texnologiyaları yerləşdirib, hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq hava zərbələrinə hazırlıq görülüb.

İsrailin hücumlarında öldürülən İran hərbi elitasının nümayəndələri aşağıdakılardır:

- Məhəmməd Baqiri - İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi;

- Hüseyn Salami - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı;

- Əmir Əli Hacızadə - SEPAH Aerokosmik Qüvvələrinin komandanı;

- Qulam-Rza Mehrabi - İran Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi;

- Mehdi Rabbani - Baş Qərargah rəisinin əməliyyatlar üzrə müavini;

- Hatəm-Qulaməli Rəşid - İran İslam İnqilabı Keşikçiləri Korpusunun Fövqəladə Hallar üzrə Qərargah rəisi;

- Məhəmməd Kazemi - SEPAH kəşfiyyatının rəhbəri;

- Həsən Mohaqeq - SEPAH Kəşfiyyat rəhbərinin müavini;

- Taher-Fur - Dron qərargahının komandiri;

- Davud Şeyxian - hava hücumundan müdafiə qərargahının komandiri;

- İsmail Qaani - SEPAH-ın Qüds Qüvvələrinin komandanıdır.

1443424

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı