Modern.az

Gürcüstanın eks-Baş nazirinə 5 il həbs cəzası kəsildi

Gürcüstanın eks-Baş nazirinə 5 il həbs cəzası kəsildi

Aktual

12 Yanvar 2026, 16:50

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə həbs cəzası kəsilib.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunun açıqlamasında bildirilib.

Qaribaşvili törətdiyi cinayəti etiraf edib. 

Gürcüstan Prokurorluğu təqsirləndirilən şəxslə təqsirini təsdiq edən müqavilə bağlayıb və bu müqaviləyə əsasən, keçmiş baş nazir xüsusilə külli miqdarda çirkli pulların yuyulmasına görə 5 il həbs cəzasına məhkum edilib.

Bundan əlavə, o, əlavə cəza olaraq 1 milyon lari cərimə olunub. Qaribaşvili həmçinin cinayət yolu ilə əldə etdiyi gəlirləri və evində axtarış zamanı müsadirə edilən pulları dövlətə verəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?