İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Modern.az xəbər verir ki, bu barədə IRNA agentliyi keçmiş prezidentin ofisinin bəyanatına istinadən məlumat yayıb.
***
21:07
İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə Vista.ir saytı məlumat yayıb.
İddiaya görə, sabiq dövlət başçısı Tehranda küçədə gəzdiyi zaman qətlə yetirilib. Xəbər portalı hadisə ilə bağlı məlumatın rəsmi qurumlar tərəfindən hələlik təsdiq və ya təkzib olunmadığını bildirir.
Xatırladaq ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İran İslam Respublikasının Prezidenti olub.