Modern.az

Paşinyan yenə kilsədən yazdı - Keşişlər əxlaqsızlıq edir

Paşinyan yenə kilsədən yazdı - Keşişlər əxlaqsızlıq edir

Dünya

18 İyun 2025, 09:56

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün səhər yenidən Erməni Apostol Kilsəsi və keşişlər mövzusuna müraciət edib.

Modern.az xəbər verir ki, Paşinyan özünün sosial şəbəkə hesabında qanunvericiliyin kilsəyə dair tələblərindən yazıb.

Baş nazir bildirib ki, Erməni Apostol Kilsəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməsi din xadimləri üçün hüquqi qüvvəyə malikdir.

Nizammnaməyə əsasən, arxiyepiskop, kahin, diakon və digər din xadimləri əxlaqsızlıq, yalançı şahidlik və ya oğurluqda tutulsalar, dini rütbədən məhrum olunmalı, eyni zamanda kilsədən xaric edilməlidirlər.

Paşinyan qeyd edib ki, arxiyepiskop Arşak Xaçatryan əxlaqsızlıqda günahkardır və Erməni Apostol Kilsəsinin Nizamnaməsinə görə, o, dini rütbədən məhrum edilməlidir.

“Bu şəxs müqəddəs taxt qarşısında rahiblik əhdini pozmuşdur”, - Paşinyan yazıb.

Baş nazir bildirib ki, o, kilsənin əleyhinə deyil, onun dəyərlərindən danışır.

“Mən kilsənin əleyhinə danışıram, yoxsa onun ziyarətgahlarını murdarlayanlara qarşı?

Mən kilsəmizin ziyarətgahlarını murdarlayanlara qarşı çıxır və və onun sadiq dindarları üçün mübarizə aparıram”, - Paşinyan vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!