Biz müharibəyə başlamadıq və onu istəmədik, lakin böyük İrana qarşı təcavüzü cavabsız qoymayacağıq.
Modern.az xəbər verir ki, bunu Qətərə hücumdan əvvəl İran prezidenti Məsud Pezeşkian sosial şəbəkə hesabında yazıb.
“Bu əziz vətənin təhlükəsizliyini bütün varlığımızla müdafiə edəcəyik və İrana vurulan hər bir yaraya imanla, müdrikliklə və qətiyyətlə cavab verəcəyik”, – İran prezidenti bildirib.