Modern.az

ABŞ İranın nüvə obyektlərinə ciddi ziyan vurub

ABŞ İranın nüvə obyektlərinə ciddi ziyan vurub

Dünya

25 İyun 2025, 08:06

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) fikrincə, ABŞ-ın həyata keçirdiyi hava zərbələri nəticəsində İranın nüvə obyektləri ciddi şəkildə zədələnib.

 

Modern.az xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi "Fox News" telekanalına müsahibəsində bildirib.

 

"Biz üç sahədə çox ciddi ziyan qeydə almışıq. İlk olaraq, Natanz obyektinə zərbə endirilib və burada uranın zənginləşdirilməsi həyata keçirilən əsas zallardan biri ciddi şəkildə zədələnib. Hətta yeraltı hissəsi də əvvəl dolayı, sonra isə birbaşa şəkildə zərər görüb", – deyə o bildirib.

 

İsfahandakı obyektə toxunan Qrossi əlavə edib: "Bu kompleks müxtəlif fəaliyyətlərin həyata keçirildiyi bir neçə binanı əhatə edir. Həmin ərazi də ciddi şəkildə zərər görüb".

 

Baş direktorun sözlərinə görə, Fordodakı obyekt daha möhkəm müdafiə olunmuşdu: "Buna baxmayaraq, biz dərinə nüfuz edən sursatların belə bir tikiliyə də ciddi ziyan vurduğunu müşahidə etdik. Orada heç kim olmasa da və hadisə şahidi olmasa da, nəticə etibarilə zərərin çox əhəmiyyətli olduğu görünür".

 

Qrossi hər üç obyektə toxunaraq əlavə edib ki, ümumilikdə yaranan ziyan olduqca ciddi və genişmiqyaslıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!