Modern.az

Paşinyan açıqlama yaydı: “Çevrilişin qarşısı alındı!”

Paşinyan açıqlama yaydı: “Çevrilişin qarşısı alındı!”

Dünya

25 İyun 2025, 10:24

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısının alındığını bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bu haqda sosial şəbəkə hesabında yazıb:

“Hüquq mühafizəçiləri Ermənistan Respublikasını qeyri-sabitləşdirmək və hakimiyyəti ələ keçirmək üçün böyük və mümkün "kreoliqarxiya" planının qarşısını aldılar”.

Ermənistan hüquq-mühafizə orqanlarının daha əvvəl yaydığı məlumata görə, "Müqəddəs mübarizə" təşkilatı və "Daşnaksütyun" partiyası keşiş Baqrat Qalstanyanın rəhbərliyilə hakimiyyət çevrilişinə cəhd göstərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ