İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin komandanı, general İsmayıl Qaani sağ imiş.
Modern.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, Qaani İsrail və İran arasında atəşkəsdən sonra bu gün Tehranda keçirilən mitinqdə iştirak edib.
“Tasnim” mitinqdə iştirak edən Qaaninin görüntülərini də paylaşıb.
Qeyd edək ki, “New York Times“ 13 iyunda İsrailin İrana hücumlarında İsmayıl Qaaninin öldüyü barədə xəbər yayıb.