NATO-ya üzv olan ölkələrin liderləri Niderlandda toplaşıblar.
Modern.az-ın məlumatına görə, Haaqada keçirilən iclasın sonunda müttəfiqlər hərbi xərcləri artırmaq barədə razılaşıblar.
Liderlər 2035-ci ilə qədər ümumi daxili məhsulun 5%-nin müdafiə xərclərinə sərf olunması ilə bağlı razılığa gəliblər. Birgə bəyanatda “Rusiyadan və terrorizmdən gələn təhdidlərə qarşı” alyans üzvlərinin həmrəy olduğu vurğulanır.
Sammitdə iştirak edən liderlərin geyimləri diqqət çəkib. Onlar fərqli rənglərdə qalstuk taxıblar.
Albaniyanın baş naziri Edi Ramanın isə sammitə ağ rəngli idman ayaqqabısı ilə qatılması xüsusilə müzakirə olunub.