Modern.az

CHP daxilində fikir ayrılığı YARANIB

CHP daxilində fikir ayrılığı YARANIB

Dünya

28 İyun 2025, 20:23

Türkiyənin ana müxalifəti hesab edilən CHP-də 30 iyunda keçiriləcək məhkəmə prosesi öncəsi liderlər arasında fikir ayrılığı yaranıb.

Modern.az xəbər verir ki, məhkəmədə gözlənilən  “mütləq butlan” məsələsi partiya daxilində ciddi siyasi gərginlik yaradıb.

Əgər Ankara Məhkəməsi 38-ci qurultayın qanunsuz keçirildiyi qərarına gəlsə, bu halda partiya lideri Özgür Özel və partiya rəhbərliyi vəzifəsini itirə, Kemal Kılıçdaroğlu yenidən partiya sədri ola bilər.

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Ekrem İmamoğlu prosesə sərt reaksiya verib, Kılıçdaroğlunun mövqeyini “xəyanət” kimi qiymətləndirib və belə münasibətin “ürək ağrıtdığını” deyib.

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş isə həm Kılıçdaroğlu, həm Özelə birlik çağırışı edib: “Əgər birlik olmazsa, siyasətdə qalmağın mənası yoxdur.”

Özgür Özel isə “mütləq butlan” qərarının qəbul ediləcəyi halda belə partiyanı “qəyyuma” buraxmayacağını və yeni qurultayın çağırılacağını bildirib. Kılıçdaroğlunun tərəfdarları isə bu qərarın partiyanı xilas edəcəyini düşünür.

CHP-nin sabiq liderləri də ortaq açıqlama yayaraq Kılıçdaroğlunu Özelin arxasında durmağa çağırıblar. Qurultayla bağlı davam edən hüquqi prosesdə 12 nəfər haqqında iddianamə hazırlanıb, onların arasında İmamoğlu və digər bələdiyyə başçıları da var.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər