Modern.az

Türkiyədə tanınmış jurnalist saxlanıldı

Türkiyədə tanınmış jurnalist saxlanıldı

Dünya

5 İyul 2025, 20:42

Türkiyədə tanınmış jurnalist Timur Soykan saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Onun "X" sosial media platformasındakı paylaşımları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıldığı bildirilir.

İstanbul Baş Prokurorluğu Soykanın paylaşımları ilə "ictimaiyyəti çaşdıran məlumat yayma" cinayəti ilə bağlı araşdırmalara başlayıb.

İstintaq prosesi ilə bağlı təfərrüatın yaxın saatlarda bəlli olacağı qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır