Modern.az

Netanyahu Vaşinqtona gedib - Trampla görüşəcək

Netanyahu Vaşinqtona gedib - Trampla görüşəcək

7 İyul 2025, 16:55

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Vaşinqtona gedib.

Modern.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Benyamin Netanyahu bu il üçüncü dəfə Donald Trampla görüşəcək. Danışıqlarda Qəzza zolağında atəşkəs və girovlarla bağlı razılaşmanın mümkünlüyü müzakirə olunacaq.

Netanyahu ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla da görüşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama