Modern.az

Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır

Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır

Dünya

9 İyul 2025, 10:46

Ermənistanın 8 hərbçisi təlim-məşq toplanışı zamanı mina partlayışı nəticəsində yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bu gün verilən məlumatda bildirilib ki, xəsarət alanlardan biri Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin təlim-məşq toplanışında iştirakçılara təlim keçən polkovnik-leytenantdır.

Qeyd edilir ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi