ABŞ Dövlət Departamenti Tramp administrasiyasının Ermənistan və Azərbaycana Cənubi Qafqazda kommunikasiyaların açılmasına dair təklif təqdim etməsi ilə bağlı xəbərlərə cavab verib.
Modern.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi "Armenpress"ə bildirib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi səylərini dəstəkləyir.
"Bizim media ilə bağlı paylaşacaq başqa heç bir məlumatımız yoxdur".
Bir müddət əvvəl Karnegi Fondunun məqaləsində bildirilmişdi ki, Tramp administrasiyası Azərbaycanı Naxçıvanla birləşdirən və Ermənistan ərazisindən keçən yolla bağlı təklifini İrəvan və Bakıya təqdim edib. İddiaya görə, həmin yola nəzarətin ABŞ-ın logistik şərkətlərindən birinə həvalə olunması təklif edilib.