Modern.az

ABŞ-dən Zəngəzur dəhlizi ilə bağlı mühüm təklif - 100 il MÜDDƏTİNƏ...

ABŞ-dən Zəngəzur dəhlizi ilə bağlı mühüm təklif - 100 il MÜDDƏTİNƏ...

Dünya

14 İyul 2025, 18:13

ABŞ Zəngəzur dəhlizini idarə etməyi öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib.

Onun açıqlamasını "Middle East Eye" nəşri yayıb.

Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.

"Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək", - səfir vurğulayıb.

Tom Barrak, həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi