Modern.az

Filippində güclü ZƏLZƏLƏ

Filippində güclü ZƏLZƏLƏ

Dünya

15 İyul 2025, 08:17

Filippin adalarının sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri, 100 mindən çox əhalisi olan Tuqueqarao şəhərindən 127 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 49 kilometr dərinlikdə qeydə alınıb.

 

Hazırda tələfat və dağıntılarla bağlı məlumat yoxdur, həmçinin sunami təhlükəsi elan edilməyib. Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi