ABŞ prezidenti Donald Trampın siyasətini bəyənməyənlərin sayı rekord həddə çatıb.
Modern.az xəbər verir ki, bu, “YouGov” təşkilatının sorğusunun nəticələrində özünü göstərib.
Amerikalıların təxminən 55%-i prezidentin fəaliyyətini bəyənmir. Respondentlərin 41%-i isə onun siyasətini müsbət qiymətləndirib.
Qeyd edək ki, “YouGov”un sorğusu 11-14 iyul tarixlərində 1680 vətəndaş arasında keçirilib.