Modern.az

NATO "Patriot"ları mümkün qədər tez Ukraynaya çatdıracaq - Komandan

NATO "Patriot"ları mümkün qədər tez Ukraynaya çatdıracaq - Komandan

Dünya

17 İyul 2025, 17:45

Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə sistemlərinin tezliklə yerləşdirilməsi üçün hazırlıqlar gedir.

Modern.az xəbər verir ki, bunu NATO-nun baş komandanı Aleks Qrinkeviç bu gün "Reuters"ə bildirib.

Almaniyanın Visbaden şəhərində keçirilən konfransda o, "Patriot"ların mümkün qədər tez Ukraynaya çatdırılmasına çalışdıqlarını vurğulayıb.

ABŞ prezidenti Donald Tramp bu həftə Ukraynadakı müharibə ilə bağlı Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirdiyini açıqlayıb və Kiyevə daha çox raket və digər silahlar vəd edib.

O, çərşənbə axşamı bildirib ki, Almaniyadan bir neçə "Patriot" raketi artıq Ukraynaya gedir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi