Modern.az

Paşinyan Ermənistanın KTMT-dən çıxacağı vaxtı açıqladı

Paşinyan Ermənistanın KTMT-dən çıxacağı vaxtı açıqladı

Dünya

18 İyul 2025, 09:20

Baş nazir Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq.

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Xatırladaq ki, ötən ilin fevralında o, Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlamışdı.

Bundan əvvəl də aylardır hakimiyyətin müxtəlif nümayəndələri KTMT-ni öhdəliklərini yerinə yetirmədiyinə görə tənqid edir, üzvlüyün dondurulmasının səbəbinin bu olduğunu bildirirdilər.

Paşinyanın sözlərinə görə, 2023-cü ilin sentyabrından Ermənistan KTMT proseslərində iştirakını dayandırıb.

Nikol Paşinyan keçirdiyi son mətbuat konfransında KTMT ilə bağlı danışarkən bildirib ki, münasibətləri dondurmaqdansa, Ermənistanın KTMT-dən çıxması ehtimalı daha çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi