Moskvanın Basman rayon məhkəməsi milyarder, Alfa Bank və VimpelCom-un (Beeline brendi) idarə heyətinin keçmiş üzvü Sergey Masotskini iki ay müddətinə qiyabi həbs edib.
Modern.az xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Həbs-qətimkan tədbiri onun Rusiyada saxlanıldığı və ya Rusiyaya ekstradisiya edildiyi andan qüvvəyə minəcək.
Masotskiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsi (vəzifəli şəxsə xüsusilə külli miqdarda rüşvət vermə) ilə iş başlanıb. Bu maddədə nəzərdə tutulan ən yüksək cəza səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmədir. Masotski axtarışda olanlar siyahısına salınıb.
Masotski IBS IT holdinqinin həmtəsisçisidir. 2020-ci ildə o, şirkətin digər ortaq sahibi Anatoli Karaçinski ilə biznesi bölüşdürüblər və ayrıca inkişaf etdirmək qərarına gəliblər.