“Ermənistanın MDB-dən çıxmaq istəyi ilə bağlı heç bir siqnal daxil olmayıb, bu variant istisnadır”.
Modern.az xəbər verir ki, bunu TASS-a MDB İqtisadi Şurasının 106-cı iclasında təşkilatın baş katibi Sergey Lebedev deyib.
"Mən bu variantı tamamilə istisna edirəm, Ermənistanın MDB-dən çıxacağına dair heç bir məlumat yoxdur, demək istəyirəm ki, Azərbaycanla da bağlı yoxdur".
Lebedev Ermənistanın MDB-nin müxtəlif iclaslarında iştirakını davam etdirdiyini vurğulayıb.
"Bu gün Ermənistanın səlahiyyətli nümayəndəsi MDB İqtisadi Şurasının iclasında olub, məsələlərin mahiyyəti barədə danışıb, bir sıra sənədləri imzalamaq səlahiyyətinə malikdir", - MDB baş katibi qeyd edib.