Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri gecə saatlarında Rusiyanın yeddi ədəd “İsgəndər-M/KN-23” ballistik raketini, həmçinin yeddi ədəd “İsgəndər-K” qanadlı raketini, eyni zamanda doqquz Kh-101 qanadlı raketini və 185 “Şahed” tipli pilotsuz uçuş aparatını vurub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Telegram-da məlumat yayıb.
“İyulun 19-na keçən gecə (18 iyul saat 19:30-dan başlayaraq) düşmən Bryansk, Kursk, Oryol, Millerovo, Şatalovo və Primorsk kimi istiqamətlərdən 344 “Şahed” tipli PUA və müxtəlif pilotsuz təyyarələr də daxil olmaqla 379 hava hücumu vasitəsini işə salıb. Rusiyanın Voronej, Kursk və Rostov vilayətlərindən, eləcə də müvəqqəti işğal altında olan Krımdan 12 ədəd İsgəndər-M/KN-23 ballistik raketi, Millerovo bölgəsindən 8 ədəd “İsgəndər-K” qanadlı raketi və 15 ədəd Kh-101 qanadlı raketi Rusiyanın Saratov bölgəsindən atılıb”, - məlumatda deyilir.