Modern.az

Qəzzada daha 30 fələstinli həlak oldu

Qəzzada daha 30 fələstinli həlak oldu

Dünya

19 İyul 2025, 15:36

Bu gün Qəzza zolağının cənubunda humanitar yardım paylama mərkəzləri yaxınlığında İsrail hərbçilərinin açdığı atəş nəticəsində 30-dan çox insan həlak olub, onlarla yerli sakin yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin bəyanatında bildirilib.

Bundan əvvəl “Əl-Cəzirə” telekanalı yerli tibb mənbələrinə istinadən xəbər vermişdi ki, Xan Yunis və Rəfah şəhərləri arasında Qəzza Humanitar Fondunun (GHF) idarə etdiyi mərkəzdə 12 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi