Avstraliya 160 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində "Abrams" tanklarının böyük hissəsini Ukraynaya təhvil verib.
Modern.az bildirir ki, bu barədə Avstraliya hökuməti bəyanat yayıb.
Müdafiə naziri Riçard Marles deyib ki, Ukrayna artıq 49 tankın çoxunu alıb, digərlərinin yaxın aylarda çatdırılması planlaşdırılır.
Nazir vurğulayıb ki, "Abrams" tankları Ukraynanın Rusiyanın qeyri-qanuni işğalına qarşı davam edən mübarizəsinə mühüm töhfə verəcək.