Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, Şahzadə əl-Valid ibn Xalid ibn Talal əl-Səud 36 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, o, son 20 ilini komada keçirib və ölkədə "Yatmış şahzadə" ləqəbi ilə tanınıb.
Əl-Valid 2005-ci ildə, 16 yaşında olarkən Londonda təhsil aldığı zaman ağır yol-nəqliyyat qəzasına düşüb və başından ciddi xəsarət alıb və vaxtdan bəri huşsuz vəziyyətdə Riyaddakı klinikada müalicə alıb.
Onun ölüm xəbərini sosial şəbəkədə atası – şahzadə Xalid ibn Talal ibn Əbdüləziz paylaşıb.
Həkimlər illər boyu ailəni vəziyyətin ümidsiz olduğu barədə xəbərdar etmişdi. Lakin ata oğlunun cizahazdan ayrılmasına razı olmayıb və bütün bu illər ərzində onun sağalacağına ümid edib.