Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsinin məktəbə çırpılması nəticəsində 19 nəfər ölüb, 50 nəfərdən çox insan xəsarət alıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə hərbi hava qüvvələrinə məxsus və Çin istehsalı olan F-7 BGI tipli olub.
Hadisənin səbəbi açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
13:20
Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə paytaxt Dəkkədə universitet şəhərciyinə düşüb.
Ölən və yaralananların olduğu bildirilir. Təyyarənin "F-7 BGI" təlim qırıcı təyyarəsi olduğu qeyd olunub.
Hadisə yerindən görüntüləri təqdim edirik: