Modern.az

Rusiya və Ukrayna nümayəndələri yenidən İSTANBULDA

Rusiya və Ukrayna nümayəndələri yenidən İSTANBULDA

Dünya

23 İyul 2025, 15:50

Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu bu gün, saat 19:00-da İstanbulun məşhur Çırağan Sarayında baş tutacaq.

Modern.az-ın məlumatına görə, diplomatik masanın yenidən Türkiyədə qurulması beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib.

Rusiya tərəfindən görüşlərə Prezident Vladimir Putinin nümayəndəsi Vladimir Medinski başçılıq edəcək. Ukrayna heyətinə isə ölkənin Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov rəhbərlik edəcək.

Türkiyə bu görüşlərdə vasitəçi rolunu davam etdirir. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşə Xarici İşlər naziri Hakan Fidan rəhbərlik edəcək. Müzakirələrdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Metin Gürakın da iştirakı gözlənilir.

Görüşlərin gündəmində bir sıra humanitar məsələlər yer alır, o cümlədən əsirlərin azad olunması, zorla aparılan uşaqların geri qaytarılması və cəbhədə itkilərin dayandırılması məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri son beş ay ərzində iki dəfə İstanbulda görüş keçiriblər. Sonuncu görüş 2 iyun tarixində baş tutub və orada tərəflər əsir mübadiləsi kimi vacib məsələlərdə razılığa gəliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?