Modern.az

Türkiyə ilə Britaniya razılığa gəldi - Saziş İMZALANDI

Türkiyə ilə Britaniya razılığa gəldi - Saziş İMZALANDI

Dünya

23 İyul 2025, 15:56

İstanbulda davam edən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə Böyük Britaniyanın müdafiə naziri Con Hili arasında Türkiyənin “Eurofighter” döyüş təyyarəsinin istifadəçisi kimi qəbul olunmasına dair hərtərəfli razılaşmaya yönəlik Anlaşma Memorandumu imzalanıb.

Modern.az xəbər verir ki, bu gün imzalanan bu ortaq sənədlə ölkələr arasındakı münasibətlər rəsmi müstəviyə daşınaraq “Typhoon” mövzusunda hərtərəfli razılaşmaya bir addım daha atılıb.

Türkiyənin Milli Müdafiə Nazirliyindən mövzu ilə bağlı verilən açıqlamada bildirilib ki, sənəd Türkiyə-İngiltərə tərəfdaşlığının gücünü bir daha təsdiqləyir və NATO çərçivəsində həyata keçirilən, əməkdaşlıq da daxil olmaqla, uzun müddətdir davam edən müdafiə əməkdaşlığı, müdafiə sənayesi və təhlükəsizlik sahələrində inkişaf edən əlaqələrin əhəmiyyəti vurğulanıb. Atılan imzalarla hər iki nazir alyansın birgə çəkindirici gücünü dəstəkləmək məqsədilə bu strateji tərəfdaşlığı daha da dərinləşdirmək öhdəliyini ifadə ediblər.

Qeyd olunub ki, iki ölkə “Eurofighter Typhoon” təchizatı mövzusunda əhəmiyyətli irəliləyişlər əldə etməyə davam edir. Türkiyənin Typhoon istifadəçisi kimi qəbul olunması, NATO-nun əsas müttəfiqləri arasında illərlə inkişaf etmiş dostluq əlaqələrini daha da gücləndirəcək və Türkiyənin qabaqcıl hava döyüş qabiliyyətlərini artırmaq istiqamətində mühüm bir addım olacaq. Bu sənəd ölkələr arasındakı əlaqəni rəsmi hala gətirməkdə və “Typhoon” mövzusunda hərtərəfli razılaşmaya doğru atılmış mühüm bir addımı təmsil etməkdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?