Modern.az

Türkiyə parlamentində yeni komissiya - İLK İCLAS

Türkiyə parlamentində yeni komissiya - İLK İCLAS

Dünya

27 İyul 2025, 19:21

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrorsuz Türkiyə” parlament komissiyasının avqustun əvvəlində fəaliyyətə başlayacağını açıqlayıb.

Modern.az xəbər verir ki, onun sözlərinə görə, komissiyanın tərkibinə əsasən müxtəlif siyasi qüvvələrin parlamentdəki fraksiyalarından 51 deputat daxil olacaq. TBMM-də qrupu olmayan partiyalar müzakirələrdə bir deputatla təmsil olunacaq.

Komissiyanın yekun tərkibi iyulun 31-dək müəyyən ediləcək.

Komissiya həftədə azı 4 dəfə yığışacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək