Modern.az

Evlərdən oğurluq edən şəxs saxlanıldı

Evlərdən oğurluq edən şəxs saxlanıldı

Aktual

27 Yanvar 2026, 12:42

Paytaxtın Qaradağ və Nəsimi rayonlarında evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək yaşadıqları evlərdən təmir-tikinti alətlərinin və qızıl-zinət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Kərimli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı