Putinə verdiyim 50 günlük möhlətin müddətini azaldacam.
Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Biz dəfələrlə prezident Putinlə telefonda danışmışıq. O, Kiyevə və başqa şəhərlərə raket ataraq çoxlu insan öldürür. Mən ondan çox məyusam” - Tramp bildirib.
ABŞ lideri daha sonra Britaniya Baş naziri Keir Starmer ilə təkbətək danışıqlara başlayıb.
O, danışıqlarda irəliləyiş görmədiyini deyib və atəşkəs üçün son müddəti 10-12 günə endirib. O bildirib ki, həmin müddət bu gündən hesablanacaq.