Modern.az

ABŞ Fələstin konfransından imtina etdi

ABŞ Fələstin konfransından imtina etdi

Dünya

29 İyul 2025, 00:04

ABŞ BMT-də İsrail-Fələstin münaqişəsi ilə bağlı ikidövlətli həllə dair konfransdan imtina edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir. Bildirilir ki, BMT səmərəsiz konfransa ev sahibliyi edir və bu, münaqişəni sona çatdırmaq üçün aparılan diplomatik səylərin içərisində reklamdır. “Konfrans nəinki sülhü təşviq etmir həttda müharibəni uzadır. Bu, HƏMAS-ı cəsarətləndirəcək, addımlarına görə mükafatlandıracaq və sülhə nail olmaq istiqamətində göstərilən real səylərini sarsıdacaq”,- deyə bəyanatda qeyd olunur.

 

Vurğulanır ki, bu, 7 oktyabr qurbanlarına qarşı terrorun mükafatıdır və Birləşmiş Ştatlar bu təhqiredici səydə iştirak etməyəcək. Döyüşləri dayandırmaq və daimi sülh əldə etmək üçün real səylərə rəhbərlik davam etdiriləcək.

 

Həmçinin bildirilir ki, Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətinin tanınması ilə bağlı açıqlaması HƏMAS tərəfindən müsbət qarşılanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var