Modern.az

Rusiya üçün son 10 GÜN

Rusiya üçün son 10 GÜN

Dünya

29 İyul 2025, 22:07

ABŞ Rusiya ilə Ukrayna müharibəsinin həllinə dair 10 gün ərzində razılığa gəlmək istəyir, əks halda idxal rüsumları tətbiq edəcək.

 

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Aberdindən Vaşinqtona gedərkən öz təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

 

“10 gün sonra biz tariflər və başqa şeylər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm. Bu, Rusiyaya təsir edə bilər və ya təsir etməyə bilər. Amma təsir də edə bilər”, - deyə o vurğulayıb.

 

Trampın sözlərinə görə, Rusiya tərəfi müharibəni davam etdirmək istəyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!