Modern.az

Mirzoyan onunla sülhü müzakirə etdi

Mirzoyan onunla sülhü müzakirə etdi

Dünya

9 Avqust 2025, 20:53

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

 

Hindistanın xarici işlər naziri ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğunu bildirib.

 

“Nazirlər ikitərəfli əsasda və beynəlxalq platformalarda tərəfdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər”, - məlumatda deyilir.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza