Modern.az

Pezeşkian məcburi hicabdan danışdı

Pezeşkian məcburi hicabdan danışdı

Dünya

10 Avqust 2025, 21:05

İran Prezidenti Məsud Pezeşkian ölkədə qadınların hicabdan məcburi istifadəsi ilə bağlı maraqlı açıqlama verib.

 

Modern.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Pezeşkian bu barədə hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə danışıb.

 

İran Prezidenti deyib ki, hicab məsələsində zor tətbiq etməklə nəticə əldə etmək mümkün deyil.

 

Onun sözlərinə görə, qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə təlqin etmək doğrudur.

 

Pezeşkian bildirib ki, burada uğurlu nəticə yanlız mədəni yollarla əldə edilə bilər.

 

O bildirib ki, bu xüsusda işin böyük qismi məscidlərin öhdəsinə düşür.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza