Modern.az

Ordubadda qarın hündürlüyü 29 sm-ə çatdı

Ordubadda qarın hündürlüyü 29 sm-ə çatdı

Ölkə

28 Dekabr 2025, 10:24

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb.

 

Bu barədə Modern.az-a muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

 

Məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

 

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3 000 m) qarın hündürlüyü 29, Parağaçaq Qar Uçqunu Stansiyasında 7 sm, Şahbuz rayonunun Kükü kəndində 16 sm, Şərurda 5 sm, Sədərək və Kəngərlidə 3 sm, Şərurun Axura kəndində isə 8 sm qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?