Modern.az

Zəlzələ bölgəsindən yeni GÖRÜNTÜLƏR

Zəlzələ bölgəsindən yeni GÖRÜNTÜLƏR

Dünya

10 Avqust 2025, 22:59

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində bir bina dağılıb. Dağıntılar altından 2 nəfər çıxarılıb, daha 2 nəfərin xilas olunması ilə bağlı əməliyyat davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki səhifəsində bildirib.

 

O, qeyd edib ki, hazırda jandarm əməkdaşları tərəfindən xilasetmə işləri davam etdirilir.

 

Nazir daha əvvəl də Sındırgı rayonunda dağılan binanın altından bir nəfərin çıxarıldığını qeyd edib.

 

Qeyd edək ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

 

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza