Modern.az

Türkiyədəki zəlzələdə bir nəfər öldü

Türkiyədəki zəlzələdə bir nəfər öldü

Dünya

11 Avqust 2025, 00:44

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

 

O, qeyd edib ki, dağıntılar altından çıxarılan qoca həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Dağılan binanın qalıqları arasında daha bir neçə nəfər xilas edilib.

 

Nazir iki gün təbii fəlakət zonasında qalacağını, zərər çəkən binalara vurulan ziyanın müəyyənləşdiriləcəyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza