Modern.az

Gürcüstan Prezidenti Türkiyəyə gedir

Gürcüstan Prezidenti Türkiyəyə gedir

Dünya

11 Avqust 2025, 18:38

Avqustun 12-də Gürcüstan Prezidenti Mixeil Kavelaşvili dövlət başçısı seçildikdən sonra ilk dəfə olaraq Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, M. Kavelaşvilinin ikigünlük səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə təşkil olunub. Rəsmi Ankara Türkiyənin strateji tərəfdaşı olan Gürcüstanla əməkdaşlığın hərtərəfli dərinləşdirilməsinə hazır olduğunu bəyan edib.

 

Yüksəksəviyyəli danışıqların gündəliyində regional və qlobal məsələlər də yer alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza