Fransa prezidenti Emmanuel Makron Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitindən sonra Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə TF1 telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.
Fransa liderinin administrasiyasından qeyd edilib ki, görüş ən faydalı və təsirli olacağı vaxtda, Alyaskadakı görüşdən sonra və qrafikdən asılı olaraq baş tutacaq.
Yelisey sarayı əlavə edib ki, Makron və Zelenski “yaxın və daimi dialoq” aparırlar.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində ABŞ Hərbi Hava Qüvvələri və Ordusunun Elmendorf-Riçardson birgə bazasında baş tutaca. Liderlər əsas diqqəti Ukrayna nizamlanmasının müzakirəsinə yönəldəcəklər. Putin və Tramp iqtisadi sahədə ikitərəfli əməkdaşlığı da müzakirə edəcəklər.