Modern.az

Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq!

Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq!

Dünya

18 Avqust 2025, 21:38

Ukrayna üçtərəfli görüşə hazırdır.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampla görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Bu müharibəni dayandırmalıyıq ki, Rusiyanı dayandıraq və bunun üçün Amerika və Avropa tərəfdaşlarının dəstəyinə ehtiyacımız var. Biz bunun üçün əlimizdən gələni edəcəyik", - Zelenski deyib.

O əlavə edib ki, Ukrayna xalqı güclüdür və ABŞ Prezidenti Donald Trampın müharibənin dayandırılması təşəbbüsünü dəstəkləyib.

Tramp isə  bildirib ki, Ukraynaya müəyyən formada təhlükəsizlik zəmanətləri təqdim olunacaq.

"Təhlükəsizliyə gəlincə, çox kömək olacaq, çox kömək olacaq. Onlar, ilk müdafiə xəttindədirlər, çünki oradadırlar, amma biz də onlara kömək edəcəyik. Biz bu prosesdə iştirak edəcəyik”, - Tramp vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu