Modern.az

Rusiya 1000 əsgərin cəsədini Ukraynaya verdi

Rusiya 1000 əsgərin cəsədini Ukraynaya verdi

Dünya

19 Avqust 2025, 16:14

Rusiya daha 1000 Ukrayna hərbçisinin cəsədini Kiyevə təhvil verib.

Modern.az xəbər verir ki, bu barədə TASS-ın məlumatında bildirilib.

Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı da həlak olanların cəsədlərinin qəbul edildiyini bildirib.

Ukrayna tərəfi də öz növbəsində həlak olan 19 hərbçinin cəsədini Rusiyaya təhvil verib.

Rusiya və Ukrayna İstanbulda keçirilən danışıqlarda həlak olan hərbçilərin cəsədlərinin “6000-ə 6000” düsturuna əsasən dəyişdirilməsi barədə razılığa gəliblər. Bu, bir neçə mərhələdə baş verdi. İyulun 23-də prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiya 7 mindən çox ukraynalı hərbçinin meyitini Ukrayna tərəfinə verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal